“Bərəkətə and olsun, “Quest net”lə heç bir əlaqəm yoxdur” - MÜSAHİBƏ
Müğənniləri super markalı avtomobillərdə görməyə alışdığımızdan Xatirə İslamın redaksiyamıza “VAZ 2107” markalı maşında gəlməsi bizi təəccübləndirdi. Çox sadə görkəmdə olan gənc müğənni Lent.az-a müsahibəsində bütün sualları səmimi cavablandırmağa çalışdı.
- Xatirə xanım, bu yaxınlarda konsert verdiniz. Özünüzdən, tamaşaçılardan razı qaldınız?
- Konsertim çox yaxşı oldu. Mənim yalançı təriflə aram yoxdu. Maraqlı oldu, anşlaq baş verdi. Biletimi 10-20 qat bahasına bayırda satırdılar.
- Bayırda 10-20 qat bahasına biletləriniz satılıbsa, belə çıxır ki, gəlir əldə edə bilmisiniz. Nə qədər qazanc əldə etmisiniz?
- Gəlir? Konsertdən indiyədək kim pul qazanıb ki! Həm də mən reklama çox pul sərf elədim. Amma reklama qoyduğum pulun heç olmasa 70 faizini çıxara bildim.
- Belə başa düşdüm ki, Xatirə də adını “əl-ələ baş-başa” konsert verən müğənnilər siyahısına yazdırdı.
- Yox, əslində mən afişalara, reklama xərc çəkməsəydim, konsertimin pulunu çıxara bilərdim. Konsertdən götürdüyüm pulla məkanın xərcini ödəyə bilərdim. Amma mən o qədər artıq şeylərə pul xərcləmişdim ki!
- Səhv etmirəmsə, bu sizin ilk solo konsertiniz idi...
- Çeliklə birgə verdiyim konsertdən sonra ilk solo konsertimdi.
- “Sultan” prodakşnın rəhbəri Sultan Lent.az-a müsahibəsində deyib ki, Xatirənin ölkə xaricində konsertini o, təşkil edib. Həmin konsert diaspor xətti ilə yox, məhz onun sayəsində baş tutub. Siz ona əməkdaşlıq təklif etsəniz də, sonradan nə zənglərinə cavab verməmisiniz...
- Sultan özü yaxşı insandır. Onunla konsertdə tanış olduq. Sonradan münasibətimiz yarandı. Hətta o vaxt məndən xahiş elədi, başqa konsertlərdə də iştirak edim. Mən dedim ki, bütün konsertlərdə iştirak edə bilməyəcəyəm. Bəzi səbəblərə görə davamlı işbirliyimiz alınmadı, amma qaldı ki, Hollandiyadakı konsertimə, ora tək getməmişdim. Mənimlə bərabər, bir çox müğənni getmişdi. Biz ora diaspor xətti ilə getmişdik, diasporun nümayəndələri yanımda idi. Sultanla orada tanış olmuşam. Sonrakı tədbirlərə Sultan dəvət edib, getmək qismət olmayıb. İstəmişəm gedəm, alınmayıb.
- Sultanın iddialarından biri də ölkə xaricində “trio” ilə birlikdə konsert vədinizi həyata keçirməməyinizdir...
- Yox, nə danışırsınız, mən elə söz verməmişəm. Demişəm, repertuarımda klassiklərin əsərlərini səsləndirəcəyəm, solo-konsert keçirəcəyəm və vədimə əməl etmişəm. Konsertimdə Arif Babayev, Canəli Əkbərov, Flora Kərimova, Nisə Qasımova, Nəzakət Teymurova və başqa hörmətli incəsənət adamları iştirak elədilər. Qaldı ki, mən o adamın xətrini çox istəyirəm. Bəlkə də o vaxtı o, diasporun heyətində olub. Amma mənim xəbərim olmayıb.
- Adətən, ifaçılar pop janrında oxuyub populyarlaşırlar. Siz də bu janrla başladınız. Son vaxtlar muğam və klassik musiqilərdə ifanız diqqəti çəkir...
- Təsəvvür edin ki, mənim pula məhəbbətim yoxdur. Hamısı ondan irəli gəlir. Populyar olmaq mənə maraqlı deyil. Gözümü açandan hər şey görmüşəm. Bəziləri haradan hara gəliblər. Mən onlara pis baxmıram, özləri bilərlər. İndiyə qədər öz ailəmlə yaşayıram. Elə müğənni tanımıram ki, ailəsi ilə yaşasın. Üzr istəyirəm, hərə biri ilə yaşayır, bir orada qalır, biri burada. Mən əsl musiqi eşitmək istəyirəm. Demirəm, əsl musiqiçiyəm. Çalışıram ki, əsl musiqi ilə məşğul olum. İslam müəllim rəhmətə getməzdən əvvəl də demişdim ki, birlikdə konsertə hazırlaşırıq. Müğənnilərdən biri efirdə dedi ki, klassik musiqilərdən ibarət konsert vermək istəyirmiŞ amma onu qabaqlayıblar. Başa düşmürəm, əgər hazırlıqlısansa, gücün varsa, çıx konsertini ver də. Məgər, mən oturub gözləməli idim ki, həmin şəxs konsert versin? Xarici ölkələrin birində yolboyu sürücüdən mənzil başına çatıb-çatmadığımızı soruşdum? Hər dəfə də deyirdi, az qalıb. Yanımızda bir yoldaş var idi, axırda dözməyib “ay kişi, nə vaxt çatacaqsansa, de ki, filan vaxta çatarıq”, dedi. İndi mən də konsert eləməliyəm axı...
- Sualdan kənar cavab aldım. Demək istəyirəm ki, pop janrında özünüzü təsdiqləyə bildiniz?
- Mən başqa müğənnilərdən fərqli olaraq, öz janrımı yaratmışam. Bu beş il ərzində Azərbaycanda yaranan janrdır. Mən o janrda nə oxuyuramsa, az keçmir ki populyarlaşır. O yolda sözümü demişəm və kifayət qədər tanınmışam. Repertuarımda o janrda mahnıları da oxuyuram. Bir həftə öncə yeni mahnı hazırlamışam. O da Şərq üslubundadır. İnternetdə ən çox yüklənən mahnılardan biri də odur.
- Deyirsiniz, pula həvəsiniz yoxdur?
- Mənim yaşadığım evdə stol yoxdur. Əlimə pul düşən kimi reklamıma verirəm. Bahalı hədiyyə verməyi xoşlayıram. Demirəm, stol almağa pulum yoxdur, sadəcə olaraq, üç otaqlı evdə yaşayıram, evdə yer yoxdur ki, ora stol alıb qoyam. Nə vaxtım var, nə həvəsim.
- Azərbaycanda müğənnilərin əksəriyyətinin evi də, maşını da tamaşaçılara efir vasitəsilə məlumdur. İstisna müğənnilər sərmayələrini yaradıcılığa sərf edirlər. Misal üçün Sevda Ələkbərzadə, Manana... Onlar hamısı ölkə xaricində tanınmağa müvəffəq olub.
- Mən öz pulumla xaricə açıla bilmərəm. Ötən həftə biz Türkiyəyə səfərə getmişdik. Orada mən bir neçə illiyə Türkiyədə qalıb albom çıxarmaq üçün təklif aldım. Amma hansı şəkildə? Mənə dedilər ki, böhrandır, pul yoxdur, albomuna özüm pul qoyum, şirkət də onu yaysın. Mənim o qədər pulum nə gəzir, özümü “raskrutka” edəm.
- Məgər Türkiyədə albomu çıxan müğənnilər öz pullarını xərcləyirlər?
- Hamısı.
- Həmişə efirdə deyirsiniz ki, nə yaradıcılığıma, nə özümə “sponsor” pulu xərcləyərəm. Sizinlə ailə qurmaq istəyən çox ciddi biri tam səmimiyyətlə kömək etməyə çalışsa, yenə boyun qaçırarsınız?
- Heç kəs mənə deyə bilməz, axır da kimə. Hər adam razı olmaz mənim kimi başdan xarabdan ağır cavab eşidə. Ancaq evlənəndən sonra razılıq verərəm. Həyat yoldaşım deyə bilər, “al, bu pulu, get gəz, kef elə”. Bir də, sözlü adama oxşayırsınız? Deyəsən, elə bir insan var, hə? (gülür)
- Olsa, bunu siz bilərsiniz, mən yox. Xatirə, siz efirdə və həyatda çox fərqli xarakter nümayiş etdirməyə çalışırsınız. Bu bir az “aslanın erkəyi dişisi olmaz” misalına bənzəyir. Sizdən əvvəl gənc bir müğənni xanım, mətbuata “sübut etdim, ki, səhnədə həqiqətən də əxlaqlı qız uşaqları var”, demişdi. Yeri gəlmişkən, o xanım indi nişanlıdır. Bu iddiada həqiqət payı var?
- Səhnədə həqiqətən, əxlaqlı qız uşaqları var? Biabırçılıqdır eee. Belə şeyləri mətbuata çıxarmaq olar? Mən o qadın haqqında heç nə demək istəmirəm. Amma onu deyə bilərəm ki, bunlar boş söhbətləridir. Onu necə sübut edib? Məgər, adi insanın həyatında sevgilisi yoxdur? Məgər adi insan əylənib gülmür, istədiyi həyatı yaşamır? Bunu ilk dəfədir, sizə etiraf edirəm. On müğənni ilə səkkiz ildən çoxdur ki, lotereya oynayırıq. Amma hamı bilir ki, oynayanlar kimlərdir. Ortada bir xanım var, pulları o yığır. Bu yaxınlarda pulu mən götürəsi oldum. Pulu neçə gün gecikdirdilər. Deməyim ondadır ki, olmayanda olmur. Bir də görürsən, həmin adamlar efirdə elə yekə-yekə danışırlar ki, adam baxıb əsəbiləşir. Sənətdə olan insanların çoxu reklam xətrinə efirdə danışır.
- Haqqınızda gəzən söhbətlər sizi narahat edir?
- Yox. Ola bilsin, beş dəqiqə narahat olam.
- Şayiələrə necə reaksiya verirsiniz?
- Heç cür. Mən müğənniyəm, buna görə də haqqımda çox sözlər danışıla bilər. Şükür olsun Allaha, barəmdə indiyə qədər çox söz, şayiə gəzməyib.
- Bəs, “Quest net”in siması olmağınız haqqında xəbər şayiədir, yoxsa...
- Əlbəttə şayiə. Ümumiyyətlə, ilk dəfədir, özüm haqqında belə bir söz eşidirəm. İki ildən çoxdur ki, ölkədən kənara çıxmıram. Bir həftə bundan öncə xaricdə olmuşam. Bərəkətə and olsun, yalandı.
- Bizneslə məşğul olmursunuz?
- Yox, mən ancaq toydan qazanıram. Mən başqa yolla pul qazana bilmirəm, kənardan bir qəpik qazancım yoxdur, inanın.
Lalə Yusifqızı

2285