“Araş “Eurovision-2009”-un iştirakçısı sayılmır”
Azərbaycan nümayəndə heyətinin rəhbəri: “O, Aysel Teymurzadənin duet ortağıdır”
Bu ilin mayında Moskvada keçiriləcək “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araşın ifa edəcəkləri “Always” mahnısı hələlik tam hazır deyil.
“Eurovision” müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli APA-ya açıqlamasında deyib ki, hazırda sözügedən mahnı üzərində iş gedir. O bildirib ki, mahnının sonuncu versiyasının hazırlanması prosesinə yerli aranjemançılarla yanaşı, Ukrayna mütəxəssisləri də cəlb olunub: “Hazırda mahnının sonuncu versiyası üzərində iş aparılır. Məhz bu səbəbdən “Always” hələlik ictimaiyyətə təqdim olunmayıb. Mahnı ilə bərabər onun səhnə ssenarisi də qurulur. Xüsusi vurğulamaq istəyirəm ki, mahnının sonuncu versiyasının hazırlığında Azərbaycanın milli musiqi alətlərindən də istifadə olunur. Bununla bərabər, mahnıya Azərbaycan musiqilərindən də çalarlar daxil ediləcək”.
Azərbaycan nümayəndə heyətinin rəhbəri deyib ki, mahnının sonuncu versiyası tam hazır olduqdan sonra Aysel Teymurzadə və Araşın Bakıda birgə konserti təşkil olunacaq. A. Kərimli “Eurovision-2009” müsabiqəsində Azərbaycan təmsilçisinin Aysel Teymurzadə olduğunu qeyd edib: “Araş isə Aysel Teymurzadənin duet ortağıdır. Araş bu yarışmada iştirakçı sayılmır”.
Araşın Aysel Teymurzadə ilə bərabər səhnəyə çıxması məsələsinə gəlincə, nümayəndə heyətinin rəhbəri bu addımın yenilik üçün atıldığını vurğulayıb: “Araşın həm mahnısı, həm də Azərbaycan təmsilçisi ilə birgə səhnəyə çıxması çox normal qarşılandı. Bu qərar mütəxəssislərin rəyi ilə verildi. Mütəxəssis rəyinə əsaslandıq ki, sonradan yanılmayaq”.
A. Kərimli “Eurovision-2009” yarışmasından əvvəl Azərbaycan təmsilçisinin promo-turlara çıxması məsələsinə də münasibət bildirib. Promo-turlara mart ayının ortalarından start verilə biləcəyini deyən A. Kərimli artıq bir çox ölkədən dəvətlərin olunduğunu qeyd edib: “Latviya və Moldovadan promo-tur üçün təklif alınıb. Ancaq bizim üçün əsas hazırlıqdır. Ola bilər ki, ümumiyyətlə promo-turlar təşkil olunmasın”.
A. Kərimli Aysel Teymurzadə və Araşın “Eurovision-2009” müsabiqəsi üçün səhnə və geyimlərinin hazırlığına yerli mütəxəssislərlə yanaşı, ukraynalıların da cəlb olunacağını vurğulayıb.

1460