Zaur Rzayev “Toylar kraliçası”na qarşı
“Əgər müğənni toyda oxuyursa, deməli onu fəhlə kimi işlədirlər”
“Camaatı yormaq olmaz. Az görünmək, amma yaxşı görünmək lazımdır”.
Bunu Lent.az-a xalq artisti Zaur Rzayev son zamanlar efirdə görünməməsinin səbəbini açıqlayarkən deyib.
Sənətçi televiziya kanallarında çoxluq təşkil edən şou-proqramlarda iştirak etmək istəyi olmadığını və bununla bağlı narazılığını dilə gətirib: “İndiki verilişlərin hamısı ya şou xarakterlidir, ya da yemək bişirməkdən ibarətdir. Oxumaq qalır kənarda, gənclərlə bağlı təxribat xarakterli suallar verilir. Qoy, onlar da oxusun. Hər yaşın öz musiqisi var. Amma gərək elə sanballı verilişlər olsun ki, orda sənətkar həm daxili aləmini açsın, musiqisini oxusun, həm də gənclərə öz tövsiyələrini versin. O gün məni “Yağ kimi” verilişinə dəvət etmişdilər. Razılıq vermədim. Mən o verilişdə neyləyəcəm? Mənə yaraşar, yemək bişirmək? Və ya “Ay Zaur” verilişi. Bəli, baxımlı proqramdır. Amma evimdə çəkiliş aparmağa icazə vermədim. Dedim, “mənim evimdə sizin nə işiniz var, istəyirsinizsə, bağda çəkiliş aparın”. Onlar da razılaşdılar. Kimin nəyi var, Allah özünə qismət etsin. Onu xalqa reklam etmək lazım deyil”.
Zaur Rzayev müğənnilərin öz evlərini, maşınlarını efir vasitəsilə nümayiş etdirməsinin əleyhinə olduğunu söyləyib. Onun fikrincə, əsl sənət bu meyarlarla ölçülməməlidir: “Bununla sənət olmur. Maşın sürənlərin çoxunun evi yoxdur, hamısı kreditdə, borcdadır. Bir-birlərinin acığına bahalı maşınlar alırlar. Bu, sanki bir xəstəlikdir. Bunlar sənətlə qazanılan şeylər deyil. Sənəti, düşüncəsi olan adam belə şeylər etməz. Mənim nəyim varsa mənimdir. Onu xalqa nümayiş etdirməyin, mənası nədir?”
Xalq artisti ANS kanalında yayımlanan “Toylar kraliçası” verilişinə də münasibətini açıqlayıb: ““Toylar kraliçası” nə verilişdir ki? Toyun bəyi, gəlini var. Kral, kraliça onlar olmalıdır. Əgər müğənni toyda oxuyursa, deməli onu fəhlə kimi işlədirlər, o cümlədən mən. Əgər toyda oxuyuramsa, zəhmətim müqabilində pul alıramsa, mədəni fəhlə kimi hərəkət etməliyəm. Yoxsa, bunlar mikrofonu alırlar əllərinə, işığı söndürüb diskoteka qururlar. Buna qarşı hamılıqla mübarizə aparmaq lazımdı ki, belə şeylər yığışdırılsın”.
Xəyalə Muradlı

1223