Azəri Günel prokurorluqda ifadə verdi!
28 yanvar 2010 17:15 (UTC +04:00)

Azəri Günel prokurorluqda ifadə verdi!

Hazırda müğənni Ebru Gündeşlə birlikdə olan iş adamı Rza Zərrabın Azəri Günellə (Günel Zeynalova) bağlı prokurorluğa şikayət etməsindən sonra azərbaycanlı müğənni ədliyyə orqanları tərəfindən dindirilib.

Lent.az-ın Türkiyənin Doğan Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, prokurora ifadə verən Günel Zeynelova ona qarşı irəli sürülən iddiaları qəbul etməyib.
İstanbul Baş Prokurorluğuna müraciət edən Rza Zərrabın vəkili iş adamı ilə sevgilərinin bitməsindən sonra Günel və ailəsinin müdafiə etdiyi şəxsə zərər vermək üçün hər yola əl atdığını bildirib. İş adamının iddia ərizəsində qeyd olunub ki, Günel və ailəsi əvvəlcə internet saytlarında yalan xəbərlər yayaraq, onun Ebru Gündəşlə münasibətlərini pozmağa çalışıb, bunu bacara bilməyəcəklərini anlayandan sonra təhdidlərə başlayıb. O, həyatı üçün təhlükə olduğunu iddia edib.

Rza Zərrab iddia ərizəsində bildirib ki, Günelin atası Rəhman Zeynalov “Turuncu” saytının sahibi olan Tunç Erden Yakar və onun ofisində çalışan Turqut Happanini arayaraq, iş adamını öldürəcəyini, başına güllə sıxacağını söyləyib. Günelin anası Zöhrə Zeynalova da onun vəkilini arayaraq, eyni təhdidləri təkrarlayıb. İddia ərizəsində yazılır ki, Günel və ailəsi iş adamına aid olan mənzildə qalır və müraciətlərə baxmayaraq, həmin mənzili tərk etmir: “Bu insanların itirəcəkləri bir şey qalmayıb və Türkiyəni tərk etmək məcburiyyətində qalacaqları üçün mənim həyatıma ciddi təhlükədirlər”.

Rza Zərrabın vəkili vurğulayıb ki, Günel Türkiyə vətəndaşı deyil, Türkiyədə icazəsiz çalışır, musiqi albomu çıxararaq və teleproqramlarda çıxış edərək, qanunsuz qazanc əldə edir.
Azəri Günel isə İstanbul Prokurorluğuna verdiyi ifadəsində bunları deyib: “Rza ilə münasibətim onun söylədiyi tarixdə bitməyib. 21 oktyabr 2008-ci il tarixdə “Ataköy Marina”dakı ad günü şənliyimə gəldi. Onun başqa bir qadınla münasibətinin olduğunu öyrənən kimi münasibətimi kəsdim. Ancaq məndən əl çəkmədi.
Onun hələ də qaldığım evin kirayə pulunu ödədiyi isə doğrudur. Kirayə müqaviləsi onun adına olduğundan ödəyir, ola bilər. Ayrıldıqdan sonra kirayə pulunu ödəməsinin lazım olmadığını dedim, ancaq o yenə də ödəməyə davam etdi. Çünki mənimlə barışmaq ümidi var idi. Mətbuata verdiyim açıqlamalarla bağlı deyilənləri ört-basdır etmək üçün mənim və ailəmin haqqında təhdid yalanını uydurdu. Özüm ondan daha əvvəl məni təhdid etdiyi iddiasıyla Şişli Cümhuriyyət Baş Prokurorluğuna müraciət etdim. Məndə onun maşını da var idi. Ayrılmazdan 4-5 gün öncə maşınını Turqut adlı şəxsə verdim. Bu adam avtomobili almaq üçün evimə gəldi. Mənə Rzanın müqaviləni öz adıma almağımı söylədiyini bildirdi. Mən də qəbul elədim”.
Günel prokurorluqdan çıxarkən çıxışda media mənsublarının "Ölüm təhdidi iddisı ilə bağlı nə deyəcəksiniz?" kimi suallarını cavablandırmadan oranı qaçaraq tərk edib.
Qeyd edək ki, Rza Zərrabın iddia ərizəsində Günelin psixi pozğunluğu olduğunu, cinayət etməyə hər an hazır olduğunu iddia edib. Rza Zərrab Günel haqqında cinayət işinin başlanmasını və onun cəzalandırılmasını istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 848

Oxşar yazılar