İlhamə Qasımovanın keçmiş prodüseri ilə münaqişəsi dərinləşir
Müğənni İlhamə Qasımova ilə keçmiş prodüseri Mikayıl Hüseynov arasında olan soyuq münasibət daha da dərinləşib. Bu barədə M.Hüseynov Lent.az-a məlumat verib: “Bir neçə gün əvvəl bir nəfər kişi İlhamə Qasımovanın adından zəng vurub məni hədələməyə çalışdı. Guya mən hələ də orda-burda İlhamənin şəxsi söhbətlərini edirəm... İlhamənin barəsində danışmağa vaxtım yoxdur. Bir də hansı dövrdə yaşayırıq ki, kimsə zəng vurub kimisə əsassız şəkildə hədələsin?”
İlhamə Qasımovanın dayısı qızı və köməkçisi İradə Zeynalova xəbəri qismən təsdiqləyib: “Onun keçmiş prodüseri cavan uşaqdı, həyatda heç nəyi başa düşmür, hədələmə olmayıb. Bəli, ona zəng vurulub və İlhamənin haqqında danışmamaq tapşırılıb. Lakin bu, hədələmə olmayıb. Mikayıl özü İlhamə ilə işləmək istəməyib. İşbirliyi olanda tənbəllik edib, vaxtlı-vaxtında işə gəlməyib. Onu da başa düşmək olar, cavandı, əylənmək istəyib, özünə daha çox vaxt ayırıb...”
İradə Zeynalova münaqişəni alovlandıran vasitəçilərin olduğu ehtimalını da istisna etməyib: “Mikayıl bizə SMS yollayıb, bunun həqiqət olmadığını və dedi-qodulara vaxt ayırmadığı bildirib. Ortada kimsə xəbər aparıb gətirə də bilər.. Hər halda, nə İlhamə özü, nə də həyat yoldaşı belə bir ucuz reklama gedəcək və kimsə hədələyəcək insan deyillər...”
Lalə Yusifqızı

Oxşar yazılar

Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17