Xumar Aygünün ad gününün kraliçası olub
27 yanvar 2010 10:30 (UTC +04:00)

Xumar Aygünün ad gününün kraliçası olub

Dünən xalq artisti Aygün Kazımova restoranların birində 39 yaşını qeyd edib. Lent.az-a daxil olan məlumata görə, müğənni bu il təmtəraqdan kənar, mütəvazi bir gecə qeyd edib. Bunun da öz səbəbi olub, məclisdə aydın olub ki, sən demə, müğənni ad gününün tələm-tələsik qeyd etməyə qərar verib. Lakin qırmızı ulduz formasında olan şarlar köməyinə çatıb, məkanı bir az təmtəraqlı göstərib.

Məclisi şoumen Azər Axşam idarə edib. Kazımova ad gününü Namiqlə Azər Axşamın birgə idarə edəcəyini elan etsə də, Namiq özü bir saat ortalarda görünməyib.
Mini və yaxası dekolte geyimlə göz qamaşdıran Kazımovanın ad günü ərəfəsində pəhrizini bir qədər pozduğu gözdən yayınmayıb. Masanın bir tərəfində düz solda Fadal Bazi, sağda isə Namiq Qaraçuxurlu əyləşib.

Maraqlısı odur ki, məclisdə ən çox diqqət Xumar Qədimovaya yönəlib. Bütün qonaqlar Xumarla tək-tək görüşüb, ofisiantlar da başına dolanıb. Həmişə kameralara müxtəlif maraqlı pozalar verən Qədimova bu dəfə məclisdə təqdim olunan təamları reklam edib. Xüsusilə, xarici musiqi sədaları altında rəqs edib “lüləkabab!” söyləməsi super effekt yaradıb.

Faiq Ağayev, Nadir Qafarzadə və həyat yoldaşı, Ayan, Gürcüstandan gələn müğənni qonaqlar arasında olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 782

Oxşar yazılar