Zibil qutularının yanında qadın meyiti tapıldı
04 aprel 2024 17:55 (UTC +04:00)

Zibil qutularının yanında qadın meyiti tapıldı

Rusiyanın Krasnoyarsk diyarında zibil qutularının yanında naməlum qadın meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə gecə saatlarında Krasnoyarsk şəhərində qeydə alınıb.

Hadisə yerinə gələn kriminoloqlar qadının cəsədinin ədyala və parçaya bükülmüş və yapışqan lentlə yapışdırıldığını qeyd ediblər. Bədəndə çürümə dəyişikliklərin açıq əlamətləri olub. Bundan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşları qadının ölümündə cinayət əlamətləri aşkar edib, bununla bağlı “Qətl” maddəsi ilə cinayət işi açılıb.

Məhkəmə-tibbi ekspertizası təyin edilib.

# 2997
avatar

Oxşar yazılar