Yol qəzasında 5 nəfər ÖLÜB
27 fevral 2023 09:47 (UTC +04:00)

Yol qəzasında 5 nəfər ÖLÜB

Fevralın 25-də və 26-da ölkə ərazisində qeydə alınan 124, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 61, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 97 nəfər saxlanılıb.

# 2622
avatar

Fidan İlqar

Oxşar yazılar