Narkotik alverçisinin evindən tapılan silahlar
27 mart 2021 11:44 (UTC +04:00)

Narkotik alverçisinin evindən tapılan silahlar

Yevlaxda XÜSUSİ ƏMƏLİYYAT: narkotik alverçisinin evindən silah tapıldı

Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini Hüseyn Mustafayev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış zamanı 1 bükümdə heroin aşkar olunaraq götürülüb.

H. Mustafayevin ətrafında davam etdirilən tədbirlərlə narkotiki əldə etdiyi şəxs də müəyyən edilib. Tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən digər rayon sakini, əvvəllər məhkum edilmiş Anar Qocayev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman heroin və pisoxtrop maddə olan metamfetamin götürülüb.

Aparılan genişmiqyaslı tədbirlər nəticəsində A.Qocayevin narkotiki Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Xəyyam Həsənovdan aldığı üzə çıxıb. Keçirilmiş əməliyyat tədbirləri ilə X. Həsənov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman müxtəlif bükülülərdə 10 qramdan artıq heroin və 17 qramdan artıq metamfetamin, həmçinin, oradan 1 ədəd naqan tipli revolver və 1 ədəd ona məxsus patron, 1 ədəd qaz tapançası, ona məxsus 2 ədəd qaz balonu və 30 ədəd patron, 1 ədəd xəncər və 3 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Saxlanılan hər 3 şəxs barəsində Yevlax rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

# 1563
avatar

Oxşar yazılar