Soyğunçuluğa görə saxlanılan Bahadur Ağayev
20 fevral 2021 13:10 (UTC +04:00)

Soyğunçuluğa görə saxlanılan Bahadur Ağayev

Yataq xəstəsi olan qadını "SOYDULAR" - VİDEO

Bakının Yasamal rayonunda soyğunçuluq hadisəsi olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən vətəndaş Bahadur Ağayev saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxs hadisə zamanı qonşusu ahıl yaşlı qadının evinə daxil olub. Orada yataq xəstəsi olan qadının sərbəst hərəkət edə bilməməsindən istifadə edərək mənzildə olan dəyəri 550 manat olan “Samsung” markalı mobil telefonunu soyğunçuluq edərək ələ keçirib. Polis əməkdaşları tərəfindən saxlanılan Bahadur Ağayev etdiyi cinayəti etiraf edib. 

Qeyd edilən faktla bağlı Yasamal  rayon Polis İdarəsində  Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb zəruri istintaq tədbirləri davam etdirilir. 
Bahadur Ağayevin paytaxt  ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzi  ilə əlaqə saxlayaraq məlumat vermə bilərlər.

Bakıda yataq xəstəsi olan qadına qarşı soyğunçuluq etdi

# 1713
avatar

Mehman Nəbiyev

Oxşar yazılar