“Yaponçik”
20 dekabr 2021 12:46 (UTC +04:00)

“Yaponçik”

"Yaponçik"in qatilləri GİZLƏDİLİR - SƏBƏB

“Yaponçik” ləqəbli kriminal avtoritet Vyaçeslav İvankovun qatilləri cəzaçəkmə müəssisəsinə köçürülüb.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, onların yeri gizli saxlanılır.

Tanınmış rusiyalı kriminalist Mixail İqnatovun bildirdiyinə görə, buna səbəb onları kriminal avtoritetlərin cəzalarından qorumaqdır. Rusiyanın ən tanınmış “qanuni oğru”larından birinin qatillərinin təhlükəsizliyini qorumaq üçün onlar bir kamerada saxlanılır.

İqnatovun sözlərinə görə, “Yapionçik” kriminal aləmdə böyük fiqur idi. Onun ideyalarını daşıyan yüzlərlə adam var. Onların hər biri “xaç ata”larının qatillərini cəzalandırmağa hazırdırlar.

Kriminalistin dediyinə görə, “Yaponçik”in qətlinin sifarişçisi və hazırda axtarışda olan “Maxo” ləqəbli “qanuni oğru”nu da eyni aqibət gözləyir.

Qeyd edək ki, bir neçə gün əvvəl "Yaponçik" ləqəbli kriminal avtoritet Vyaçeslav İvankovun qatilləri Murtazi Şadaniya və Canbul Canaşiya barəsində çıxarılan hökm xəbərini vermişdik.

# 2982
avatar

Mehman Nəbiyev

Oxşar yazılar