Abşeronda bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Xırdalan şəhəri B.Səfəroğlu küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində qeydə alınıb. Burada kirayədə yaşayan 36 yaşlı Kərimov Şahin Abbas oğlu arvadı 32 yaşlı Kərimova Rəna Azər qızını bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanıb.