Elşad Hacıyev
02 aprel 2021 15:46 (UTC +04:00)

Elşad Hacıyev

Vətəndaşın “Bandotdel”də döyülməsinə DİN-dən REAKSİYA

"Bəzi sosial şəbəkə səhifələrində vətəndaş Laçın Vəliyevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılması və onun təzyiqə məruz qalması ilə bağlı əsassız iddialar yayılıb".  

Bunu Lent.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, yayılan iddialar həqiqəti əks etdirmir: “Həmin şəxs törətdiyi konkret cinayət əməlinə görə, Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, satış məqsədilə qanunsuz olaraq, narkotik vasitələrin dövriyyəsində şübhəli bilinir. Onun üzərindən istintaqla mənbəsi araşdırılan, şəxsi istehlak miqdarından artıq narkotik maddə 4,791 qram metamfetamin, 6,474 qram heroin aşkarlanıb.

Qeyd olunan hərəkətlərdə Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma tərkib əlamətləri müəyyən olunub.

Fakt üzrə Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü madəsi ilə cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Birmənalı olaraq bildirirəm ki, onun istintaqa cəlb edilməsində siyasi motiv yoxdur, o, konkret cinayət əməlində şübhəli bilinir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4512
avatar

Oxşar yazılar