"Vaqner"ə qoşulan azərbaycanlı avtoritet Ukraynada öldürüldü - ŞOK TƏFƏRRÜAT
14 oktyabr 2022 16:32 (UTC +04:00)

"Vaqner"ə qoşulan azərbaycanlı avtoritet Ukraynada öldürüldü - ŞOK TƏFƏRRÜAT

Azərbaycanlı kriminal avtoritet Ukraynada öldürülüb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının keçmiş deputatı Oleq Tsaryov öz Telegram kanalında bildirib. O qeyd edib ki, “Zayka Gəncəli” ləqəbli avtoritet Zaur Əliyev 2016-cı ildə Moskva məhkəməsi tərəfindən 18 il azadlıqdan məhrum edilib. O, adam oğurluğu, quldurluq və s. cinayətlərdə ittiham edilirdi. 

Məlumata görə, Zaur Əliyev həbsxanada ərizə yazaraq, “Vaqner” hərbi qruplaşmasına qoşulub Ukraynadakı müharibədə iştirak etmək istədiyini bildirib.

Qısa müddətli təlimlərdən sonra Zaur Əliyev cəbhəyə göndərilir. İki gün sonra isə o, Ukraynadan Avropaya qaçmaq istəyib. Amma “Vaqner” qruplaşması tərəfindən ələ keçirilib və güllələnərək öldürülüb.

Zaur Əliyev

# 7269
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar