Uşağın başını qatıb telefonunu oğurladı
02 iyun 2021 12:47 (UTC +04:00)

Uşağın başını qatıb telefonunu oğurladı

Bakıda azyaşlıya qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə iyunun 1-də Bakı şəhər sakini olan 9 yaşlı qızın mobil telefonunun açıq talama yolu ilə alınması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini 27 yaşlı R.Elyasov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1251
avatar

Mehman Nəbiyev

Oxşar yazılar