"Uşağı döyüb çarpayının altına, məni də şkafa salırdı" - 9 yaşlı uşağa  işgəncə verən kişinin CİNAYƏT İŞİ
22 yanvar 2025 16:55 (UTC +04:00)

"Uşağı döyüb çarpayının altına, məni də şkafa salırdı" - 9 yaşlı uşağa işgəncə verən kişinin CİNAYƏT İŞİ

9 yaşlı uşağın ölümündə təqsirləndirilən Yaşar Abbasovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınan, hazırda məhkumluq həyatı yaşayan İpək Əhmədova ifadə verib: 

"Uşağı Yaşar öldürüb. Eldəniz bizə gələndə Yaşar uşağı da, məni də döyürdü. Eldəniz taksi sürücüsüdür, həm də Yaşarın tanışı idi. Telefon danışıqları var, Eldəniz bizi Yaşardan qorumaq üçün apardı Abdullagilə. Yaşar uşağı remenlə döyüb. Qırmızı sobanı uşaqla mənim başımda qırdı. Qatilsən niyə boynuna almırsan, uşaq qatili. Mirəlinin ayağını sən sındırmısan. Narkotikdən də istifadə edirdi".

Təqsirləndirilən şəxs Yaşar Abbasov İpək Əhmədovanın ifadəsinə münasibət bildirib: "Eldənizə mən demişəm ki,  bunları həkimə apar. Yolda isə İpək Eldənizə deyib apar məni öz evinə. Orda da uşaq öləndən sonra deyib aparın basdırın. Bunu ona görə döymüşəm ki, narkotikdən istifadə edirdi. Yazığım gəlib uşağa, demişəm gəlin mənim yanımda qalın. Xəstəxanaya aparmağa pulum yox idi, ona görə getmədim".

Zaldan Yaşarın bibisi qızının dedikləri: "Sən Yaşara narkotik satıb tanış olmusan". 

Hakim Novruz Kərimov sənədlərin tədqiqi mərhələsinə keçib. Sonra hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikirlərini öyrənib. Ancaq təqsirləndirilən şəxsin vəkilləri zərərçəkən şəxsin hüquqi varisinə suallarının olduğunu bildirib və hakim vəkillərin vəsatətini təmin edib. 

Vəkil Yaşarın necə işgəncə verməsini soruşub. 

İpək Əhmədovanın cavabı belə olub: "Uşağı döyüb çarpayının altına, məni də paltar şkafına salırdı. Uşağın ölməsi səhər saatlarına təsadüf edib. Uşaq öləndən sonra mənə hədə-qorxu gəlirdilər ki, heç yerə demə. Telefonlarımı sındırmışdı Yaşar. 

Vəkilin sözlərinə görə, ekspert rəyində nə Mirəlinin ayağının sınması barədə, nə döyülməsi barədə heç bir rəy yoxdur. 

Vəkillər məhkəmə istintaqının yekunlaşmasına etiraz edərək əlavə şahidlərin gəlməsini istədilər.

Ancaq hakim məhkəmə istintaqının yekunlaşmasını elan edərək dövlət ittihamçısına çıxış üçün söz verdi. 

Ancaq dövlət ittihamçısı çıxış üçün vaxt istədi. 

Məhkəmə prosesi 19 fevral tarixinə kimi təxirə düşdü.

Qeyd edək ki, ittiham aktına görə, Yaşar Abbasov qeyri-rəsmi yaşadığı İpək Əhmədovanı döyüb, azyaşlı 9 yaşlı uşağa işgəncə verməklə Əhmədzadə Mirəli Seyidvəli oğlunu isə qəsdən öldürüb.

Xatırladaq ki, zərərçəkən İpək Əhmədova narkotik vasitələrin qanunsuz istifadəsi maddəsi ilə həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1128
avatar

Orxan Rasifoğlu

Oxşar yazılar