Üç uşağı olan arvadını amansızlıqla öldürənin işi  MƏHKƏMƏDƏ
31 mart 2021 09:47 (UTC +04:00)

Üç uşağı olan arvadını amansızlıqla öldürənin işi MƏHKƏMƏDƏ

Ağdaşda arvadını amasızlıqla qətlə yetirən Tural Sətdarov apelyasiya şikayəti verib.

Lent.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarından verilən apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsində hakim Akif Eyvazovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, iyulun 19-da saat 21 radələrində Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində 25 yaşlı Nuranə Sətdarovanın öldürülməsi barədə məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla 33 yaşlı Tural Sətdarovun ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Sətdarovaya bıçaq zərbələri vurub onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Tural Sətdarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Qeyd edək ki, əri tərəfindən qətlə yetirilən Nuranə Sətdarovanın üç uşaq anası olduğu bildirilir.

# 1422
avatar

Mehman Nəbiyev

Oxşar yazılar