Tükürpədici HADİSƏ:  əmisi oğlu ilə eşq yaşadı, doğulan körpəni... - FOTO
23 mart 2021 18:00 (UTC +04:00)

Tükürpədici HADİSƏ: əmisi oğlu ilə eşq yaşadı, doğulan körpəni... - FOTO

Türkiyədə qadın yeni doğulan körpəsini öldürüb torpağa basdırıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə ötən il aprel ayında Trabzon vilayətində baş verib. Belə ki, Pınar.Ç adlı qız bir müddət əmisioğlu ilə giz eşq yaşayıb. Nəticədə bu gizli eşqdən Pınar.Ç-nın bir oğlan körpəsi dünyaya gəlib. Ancaq evdə gizlincə doğum edən qadın, hadisəni gizlətmək üçün körpəni dərhal boğaraq öldürüb və meşəlik ərazidə torpağa basdırıb.

Trabzondakı dəhşətli olay

Amma bir müddət sonra dəhşətli cinayətin üstü açılıb. Pınar.Ç və onun gizli eşq yaşadığı əmisi oğlu Ogün.K məhkəməyə çıxarılaraq ifadə veriblər.

Məhkəmə önü

Bu zaman qadın əmisi oğlunun ona təcavüz etdiyini dilə gətirib. Əmisi oğlu Ogün.K isə təcavüz etmədiyini və olayın əmisi qızının razılığı ilə gerçəkləşdiyini bildirib.

Prokuror Ogün.K-ya 1.5 il həbs cəzası istəyib.

# 4389
avatar

Mehman Nəbiyev

Oxşar yazılar