Süngü-bıçaqla dostunu öldürdü - ABŞERONDA
31 may 2021 14:33 (UTC +04:00)

Süngü-bıçaqla dostunu öldürdü - ABŞERONDA

Abşeronda qətl hadisəsi olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, mayın 30-da Həsənov Sərdar Sabir oğlunun qəsdən öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanıdığı Dünyamalıyev Vüsal Şahin oğlunun  şəxsi münasibətlər zəmnində hərbi təyinatlı süngü bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Sərdar Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vüsal Dünyamalıyev könüllü olaraq cinayət aləti olan süngü bıçağını təqdim edərək təslim olub. Daha o, sonra şübhəli şəxs qismində istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1887
avatar

Mehman Nəbiyev

Oxşar yazılar