Türkiyədə şizofreniya xəstəsi olan oğlan anasını və nənəsini öldürüb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Adana şəhəri Sarıçam qəsəbəsində baş verib.
26 yaşlı S.A. gecə ailəsi ilə mübahisə edib. Hamı yatandan sonra o, tapança ilə 61 yaşlı anası Minhata Aydın, 63 yaşlı atası İlyas Aydfın və 80 yaşlı nənəsi Ülfet Köseyi başlarından vurub. Daha sonra polisə zəng edərək ailə üzvlərinin güllələndiyi barədə xəbər verib.
Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri ana və nənənin öldüyünü müəyyən ediblər. Polis S.A.-nı saxlayıb, araşdırma aparılır.