Şəmkir rayon İcra Hakimiyyətinin qarşısı, hazırda əməliyyat keçirilir
26 aprel 2021 17:02 (UTC +04:00)

Şəmkir rayon İcra Hakimiyyətinin qarşısı, hazırda əməliyyat keçirilir

Şəmkirin icra başçısı və bu şəxslər saxlanıldı - FOTO-YENİLƏNİB

Şəmkir rayon İcra Hakimiyyətində xüsusi əməliyyat hələ də davam edir.

Lent.az-ın əldə etdiyi məlumata görə, İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, köməkçisi Mahir Əliyev və rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev saxlanılıblar. Onların artıq Bakıya aparıldığı bildirilir.

Qeyd edək ki, Qüdrət Əliyev bir müddət əvvəl Rayon Təhsil Şöbəsinin müdiri təyin edilib. Buna qədər isə o, icra başçısının 1-ci müavini vəzifəsində çalışıb.

Sizə hadisə yerindən çəkilən yeni fotoları da təqdim edirik:


Saat 12:58

Lent.az hazırda əməliyyat keçirilən Şəmkir rayon İcra Hakimiyyətinin qarşısından çəkilən fotonu təqdim edir.

Saat 12:35

Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

Lent.az-ın məlumatına görə, əməliyyat nəticəsində İcra Hakimiyyətinin bir neçə vəzifəli şəxsinin saxlanıldığı bildirilir.

Qeyd edək ki, bu barədə ilkin məlumatı unikal.orq verib. 

Xəbər yenilənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 36417
avatar

Oxşar yazılar