Şəmkirdə 4 nəfər birləşib müəllimi döydü
15 mart 2025 16:00 (UTC +04:00)

Şəmkirdə 4 nəfər birləşib müəllimi döydü

Şəmkirdə müəllimi döyməkdə şübhəli bilinən şəxslər saxlanıb.

Bu barədə Lent.az-a DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inpektoru, polis mayoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi başlanılıb, müvafiq ekspertiza təyin olunub.

O. Məmmədova müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, idman müəllimi olan O. Məmmədovun yanına gələn azyaşlı tələbələrindən biri ilə cinsi əlaqədə olduğu iddia olunur. Hazırda bu iddia ilə bağlı müvafiq ekspertiza təyin olunub və araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558

Oxşar yazılar