Şəkidə bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən kafedə baş verib.
Şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə məhkum olunmuş 43 yaşlı Əli Məmmədov münaqişə zəminində Bakı şəhər sakini 63 yaşlı Yafət Məmmədovun qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.
Əli Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Şəki şəhər rayon Polis Şöbəsində araşdırma aparılır.