“Sahil” bağındakı fəvvarələrin kabelləri oğurlandı -VİDEO
09 mart 2021 17:03 (UTC +04:00)

“Sahil” bağındakı fəvvarələrin kabelləri oğurlandı -VİDEO

Səbail rayonunda oğurluq edən şəxslər saxlanılıblar.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş Emil Məlikli saxlanılıb. Onun Səbail rayonunda iki binanın saxlanc yerindən məişət əşyaları, bir nəqliyyat vasitəsinin yan güzgüsünü və 3 nəfərin evindən geyim əşyaları oğurladığı məlum olub. E.Məliklinin zərərçəkən şəxslərə ümumilikdə 3000 manata yaxın maddi ziyan vurduğu məlum olub. 

Səbail rayon Polis İdarəsi 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə rayon ərazisində yerləşən “Sahil” bağındakı fəvvarələrin elektrik kabellərini oğurlayan paytaxt sakini Azər Məmmədov saxlanılıb. Onun müxtəlif vaxtlarda həmin parkda  uzunluğu 900 metr, dəyəri 2500-3000 manat olan elektrik kabellərini oğurladığı məlum olub.

A.Məmmədov əldə etdiyi kabelləri yandıraraq mis halında əlvan metal qəbulu məntəqələrindən  birinə satıb. 

Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. E.Məlikli və A.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, bölmə, habelə DİN-in “102” Zəng Mərkəzi  ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

"Sahil bağı"ndakı fəvvarənin kabeli oğurlandı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2580
avatar

Mehman Nəbiyev

Oxşar yazılar