Tamerlan Torçinov
24 mart 2021 19:59 (UTC +04:00)

Tamerlan Torçinov

Rusiyada qardaşları deputatı öldürdü - YENİLƏNİB

Beslanda meyiti tapılan deputat Tamerlan Topçinovu qardaşları öldürüb.

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, buna səbəb kriminal aləmlə əlaqəli çoxdan bəri davam edən ailə münaqişəsi olub.

Deputatın qardaşlarından biri Alan Topçinov yerli  kriminal avtoritet Aslan Qaqievin dəstəsinin üzvü olub. 2013-cü ildə cinayət aləmi ilə əlaqəsinə son qoymaq qərarına gəlib və qrup liderindən onu sərbəst buraxmasını istəyib.

Ancaq Qaqiev buna razılaşmayıb və qardaşı üçün Tamerlan Topçinov ondan xahiş etməli olub. 

Tərəflər məqbul şərtlərlə razılığa gəliblər, lakin Qaqiev sözünə əməl etməyərək Alanı öldürüb. Torchinovlar ailəsinin digər qardaşları Tamerlanı qohumunun günahı səbəbindən öldürülməkdə günahlandırıb. O vaxtdan bəri ailə iki düşərgəyə ayrılıb və düşmənçilik edib. 

Qardaşlar uzun illər nifrət ediblər və Tamerlanı izləməklə Alanın intiqamını almağa hazırlaşıblar. Onlar bir neçə gün öncə deputatı oğurlayaraq öldürüb, sonra da basdırıblar.

***

12:06

Beslanda martın 22-də yoxa çıxan yerli şəhər Dumasının deputatı Tamerlan Torçinovun meyiti tapılıb.

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, 64 yaşlı deputat martın 22-də gəzinti üçün  ippodroma gedib və qayıtmayıb. Torçinovun ippodroma girişdəki maşınında qan izləri aşkarlanıb. Polislər tezliklə deputatın meyitini də tapıblar. 

Faktla bağlı cinayət işi açılıb. Şübhəlilər saxlanılıblar və ifadə verirlər.

# 3636
avatar

Oxşar yazılar