Rusiyada güllələnən azərbaycanlının  QANINI BATIRMAQ İSTƏYİRLƏR
02 iyun 2021 15:01 (UTC +04:00)

Rusiyada güllələnən azərbaycanlının QANINI BATIRMAQ İSTƏYİRLƏR

Novosibirsk sakinləri, 19 yaşlı azərbaycanlı Vəkil Abdullaevi başından vuraraq öldürən yol polisi müfəttişi Aleksandr Qusevin həbsdən azad edilməsini istəyən bir petisiya hazırlayıblar.

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, bu müraciət Novosibirsk prokurorluğunun saytında yayılıb. 

“Biz, Novosibirsk şəhərinin vətəndaşları, Novosibirsk şəhərinin dövlət yol müfəttişliyinin əməkdaşı Alexander Qusevin sərbəst buraxılmasını tələb edirik. Eyni zamanda yol polisi əməkdaşına müqavimət göstərdiyinə görə sürücü və sərnişinin məsuliyyətə cəlb edilməsi üçün hərtərəfli bir araşdırma tələb edirik”, - petisiyada vurğulanır.

Vəkil Abdullayev mayın 28-də başından güllələnib. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2151
avatar

Oxşar yazılar