Rusiya daha bir azərbaycanlını beynəlxalq axtarışa verib.
Lent.az-ın məlumatına görə, axtarışa verilən 25 yaşlı İlkin Məlikov Sumqayıt şəhərində doğulub.
O, terror təşkilatında iştirak, terror fəaliyyətinin həyata keçirilməsinə, terrorizmin ictimai əsaslandırılmasına çağırışlar, mütəşəkkil bir qrup tərəfindən törədilən terror aktına hazırlıq, mütəşəkkil qrup tərəfindən törədilən partlayıcı qurğuların qanunsuz əldə edilməsi, satışı, saxlanması və daşınması cinayətləri üzrə təqsirli bilinir.