Repçi konsert zamanı tamaşaçısını bıçaqladı
15 noyabr 2024 16:18 (UTC +04:00)

Repçi konsert zamanı tamaşaçısını bıçaqladı

Rusiyanın Nijni Novqorod vilayətində məhkəmə tamaşaçısını bıçaqlayan 22 yaşlı reper Blurselfini cəzasını ciddi rejimli həbsxanada çəkməklə 6,5 il müddətinə azadlıqdan məhrum edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, fevral ayında konsert zamanı reper səhnədə bıçağı çıxararaq onu yelləməyə başlayıb və bunu təkrarlayıb. Bu, tamaşaçılardan birinin xoşuna gəlməyib. O, ifaçıya tərəf səhnəyə çıxıb, onun üzünə vurub və qaçmağa çalışıb. Ancaq aralarında reperin də olduğu səkkiz nəfər onun arxasınca qaçıb. Reper kişini əvvəlcə qollarından, sonra iki dəfə gövdəsindən, beş dəfə ayağından bıçaqlayıb.

Nəticədə reperə qarşı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2781
avatar

Oxşar yazılar