Qonşular torpaq üstündə bir-birini öldürdülər
03 mart 2023 10:18 (UTC +04:00)

Qonşular torpaq üstündə bir-birini öldürdülər

Rusiyanın Krasnodar diyarında küçədə iki meyit tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, onlardan birinin güllə yarası, digərinin isə bıçaq yarası ilə öldüyü deyilir.

Məlumata görə, iki qonşu arasında mübahisə torpaq üstündə baş verib. Mübahisə sonradan ciddi münaqişəyə çevrilib. Tərəflərdən biri rəqibin avtomobilini yandırıb və ona tapança ilə iki dəfə atəş açıb.

Zərərçəkən də öz növbəsində təcavüzkarın sinəsindən bıçaqlayıb. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hüquq-mühafizə orqanları “Qətl” maddəsi ilə cinayət işi açıb.

# 2514
avatar

Oxşar yazılar