Qızılgül buketi   ilə gələn quldur 22 min dollar apardı
26 dekabr 2022 19:11 (UTC +04:00)

Qızılgül buketi ilə gələn quldur 22 min dollar apardı

Tanımadığı şəxs Balaşixa sakinini gül gətirən şəxs kimi aldadıb. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, quldur ondan yarım milyon rubl (22 min dollara yaxın) oğurlayıb və evdən tapdığı bütün zinət əşyalarını ələ keçirib.

Əlində ağ qızılgül buketi olan yalançı kuryer qurbanının mənzilinə zəng edərək özünü çatdırılma işçisi kimi təqdim edib. Heç nədən şübhələnməyərək onu evin girişinə buraxıb. Qadın mənzilin astanasında tanımadığı şəxslə rastlaşanda onu itələyib evə salıb, onun əllərini kəndirlə bağlayıb və seyfi açmağı tələb edib.

Qadın quldura 500 min rubl (7 min dollardan çox), saatlar, qızıl zəncirlər, kulon və qiymətli daşlarla üzüklər verməli olub. Hətta ev sahibəsi bütün zinət əşyalarının qiymətini hesablaya bilməyib.

Kişi seyfi təmizlədikdən sonra qurbanı vanna otağına salıb və sakitcə qapını bağlayaraq mənzildən çıxıb. Lakin o, müşahidə kameralarına düşüb. Qeydlərə baxdıqdan sonra polis cinayətkarın sarı saçlı, boyu 180 santimetrdən yuxarı, təxminən 50 yaşında göründüyünü və tünd rəngli paltar geyindiyini müəyyən edib. Soyğunçu üzünü tibbi maskanın altında gizlədib.

Ən yaxındakı “Güllər” mağazasında polis əməkdaşlarına onların da oxşar alıcısı olduğunu təsdiqləyib və yeddi ağ qızılgül aldığını bildiriblər.
 

# 2418
avatar

Oxşar yazılar