Qəbiristanlıqda 2 ailə arasında silahlı İNSİDENT:  4 nəfər yaralandı
29 mart 2025 18:00 (UTC +04:00)

Qəbiristanlıqda 2 ailə arasında silahlı İNSİDENT: 4 nəfər yaralandı

Türkiyədə qəbiristanlıqda silahlı insident olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Samsun rayonunun Çərşənbə qəsəbəsində baş verib.

Məzarlığı ziyarət edən iki ailə arasında naməlum səbəbdən münaqişə yaşanıb. Sonradan münaqişə silahlı insidentə çevrilib. Nəticədə 2-si qadın olmaqla, 4 nəfər yaralanıb. Hadisədən sonra atəş açanlar qaçıblar. Yaralılar isə xəstəxanaya yerləşdirilib.

Hazırda polis cinayətkarları axtarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1832

Oxşar yazılar