Qəbələdə bıçaqlanma olub.
Lent.az xəbər verir ki, bu gün gecə saat 3 radələrində 16 yaşlı Ə.S şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 41 yaşlı Zamiq Əbdürəhimova bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.