Qazaxda bıçaqlanma hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Vəli adlı şəxs bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstənin yaraları tikilib, onun ,vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.