Qadınla görüşmək üçün iyrənc üsula əl atdı
28 aprel 2021 12:31 (UTC +04:00)

Qadınla görüşmək üçün iyrənc üsula əl atdı

Bakının Binə qəsəbəsində yaşayan bir qadın aprelin 25-də sosial şəbəkədə Faiq adlı şəxsin onu şəkillərini yayacağı ilə hədələyib görüşməyi tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu barədə zərərçəkən qadın Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ç.Aslanov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə  cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3519
avatar

Mehman Nəbiyev

Oxşar yazılar