Qadının meyiti öz evində soyuducuda tapıldı
19 noyabr 2024 10:53 (UTC +04:00)

Qadının meyiti öz evində soyuducuda tapıldı

ABŞ-ın Las-Veqas ştatında qadının qalıqları öz evinin soyuducusunda tapılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, noyabrın 6-da 68 yaşlı Monika Gilbertsonun qonşuları polisə zəng edib. Onlar qadını çoxdan görmədiklərini deyiblər və ona nəsə olub-olmadığını yoxlamağı xahiş ediblər. Gələn məmurlar Gilbertsonun evinə daxil olaraq, 37 yaşlı Daniel Ruş və onun arvadını görüblər. Soyuducunun yanında polis əməkdaşları qan görüblər və Gilbertsonun meyiti onun içində olub.

Məlumata görə, Ruş polisə qadını masanın üzərinə yıxılmış vəziyyətdə tapdığını deyib. Onun sözlərinə görə, o, Gilbertsonun həddən artıq qeyri-qanuni maddələr qəbul etdiyini düşünüb və nə edəcəyini bilmədən onu soyuducuda gizlədib.

Polis Ruş və Gilbertsonun mağazada tanış olduqlarını öyrənib. Qadın onu yanında qalmağa dəvət etsə də, kifayət qədər təmiz olmadığı üçün tez bir zamanda onu qovub. Ruşun həyat yoldaşı Gilbertsonun ondan narkotik aldığını bildirib. Onun sözlərinə görə, qadın Ruşun yanında həddindən artıq dozadan ölüb. İstintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2451
avatar

Oxşar yazılar