Qadını sırğasına görə  öldürmüşdü, 20 il sonra tutuldu
15 oktyabr 2024 17:12 (UTC +04:00)

Qadını sırğasına görə öldürmüşdü, 20 il sonra tutuldu

Rusiyanın Sankt-Peterburq şəhərində sırğaya görə qadını öldürən 46 yaşlı Leninqrad vilayəti sakininin məhkəməsi keçiriləcək.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə 2001-ci il mayın 12-də Daçnıy prospektindəki yaşayış binasında baş verib. Bir kişi itini gəzdirib qayıdan qadının ardınca binalardan birinə daxil olub. O, qadını izləyərək evinin giriş qapısında ona hücum edib.

Təqsirləndirilən şəxs qadının başını beton döşəməyə vurub onu ayaqlarından sürüyərək mənzilinə aparıb. Qulaqlarındakı qızıl sırğaları çıxarıb və mənzildə axtarış keçirib. Zərərçəkmiş özünə gəlməyə başlayanda kişi onun əllərini və başını palto ilə bağlayıb, sonra qaçıb. Aldığı xəsarətlərdən qadın ölüb.

Təqsirləndirilən şəxsin kimliyi barmaq izləri ilə müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5160
avatar

Oxşar yazılar