Rusiyanın Volqoqrad vilayətində 41 il əvvəl törədilən qətldə şübhəli bilinən qadın saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, 1984-cü ildə Yelşanka kəndində yerli sakinin başında deşik olan meyiti tapılıb. 20 yaşlı qız şübhə bilinsə də, qaça bilib. 40 illik axtarışdan sonra o, saxta sənədlərlə yaşadığı Tambov vilayətində tapılıb.
İstintaq müəyyən edib ki, qətlin motivi qan davası olub: zərərçəkən hadisə baş verən gün düşməninin qayınatasını öldürüb. Qayınatanın qətli ilə bağlı cinayət işi təqsirkarın ölümü ilə bağlı bağlanıb.
Saxlanılan şəxs barəsində “ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb.