Poçtalyon 95 yaşlı qadını 7 minə görə  boğub öldürdü
26 fevral 2023 16:53 (UTC +04:00)

Poçtalyon 95 yaşlı qadını 7 minə görə boğub öldürdü

Rusiyanın Krasnodar vilayətində poçtalyon 95 yaşlı təqaüdçünün Slavyanskaya küçəsindəki mənzilinə soxularaq onu yeddi min rubla görə boğub.

Lent.az yerli mediaya istinadla bildirir ki, qadının meyitini qohumları tapıblar.

Sonradan müstəntiqlər müəyyən ediblər ki, qadının öldüyü gün ona yalnız poçt xidmətinin əməkdaşı gəlib. Qısa müddətdə şübhəlinin şəxsiyyəti və olduğu yer müəyyən edilib. 20 yaşlı gənc saxlanılıb. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “h” bəndi, 162-ci maddəsinin 4-cü hissəsinin “c” bəndi (“Qətl və quldurluq”) ilə cinayət işi başlanıb.

Poçtalyon izah edib ki, o, mərhum Krasnodar sakininə məktub gətirib və mənzilə daxil olarkən yaşayış yerində qiymətli əşyaların olduğunu görüb. Məlumata görə, poçtalyon qadının evdə tək olduğuna əmin olduqdan sonra onu boğub. Sonra evdən yeddi min rubl oğurlayıb və hadisə yerindən qaçıb.

Yaxın vaxtlarda şübhəli şəxs barəsində həbs-qətimkan tədbiri seçiləcək.

# 2787
avatar

Oxşar yazılar