Pensiyaya görə anasını öldürüb meyiti manqalda yandırdı
05 noyabr 2024 12:50 (UTC +04:00)

Pensiyaya görə anasını öldürüb meyiti manqalda yandırdı

ABŞ-da anasının qalıqlarını manqalda yandırmağa cəhd edən qadın həbs edilib.

Lent.az xəbər verir ki, cinayət 2023-cü ilin mayında baş verib. İstintaqın məlumatına görə, 46 yaşlı Kandase Kreyq 71 yaşlı anası Marqaretlə mübahisə edib. Təqaüdçü hesablarından pulların yoxa çıxdığını öyrənib. Banka zəng etdikdən sonra anlayıb ki, qızı sistemli şəkildə pensiyasını və əmanətini xərcləyir.

Bu səbəblə Kandase ilə anası arasında münaqişə başlayıb. O, Marqaretin ölümündən kiminsə xəbər tutmaması üçün meyiti birtəhər yoxa çıxarmağı düşünüb. Əks halda anasının pensiyasını ala bilməzdi.

Kandase cəsədi zəncirlə parçalayıb və sonra qalıqları ön həyətdəki manqalda yandırıb. Sonra o, qalıqları plastik torbalara qoyub zirzəmidə gizlədib. Ehtimal olunur ki, bu işi görməkdə qadına böyük qızı kömək edib. Marqaret qohumları ilə əlaqə saxlamağı dayandırandan sonra Kreyqlə bağlı şübhələr yaranıb.

Prokurorlar Kandase Kreyqi təqsirli bilib. Onu uzunmüddətli həbs cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3321
avatar

Oxşar yazılar