saxlanılan şəxslər Rövşən Süleymanov və Şahmar Əlicanov
17 fevral 2021 12:15 (UTC +04:00)

saxlanılan şəxslər Rövşən Süleymanov və Şahmar Əlicanov

Paytaxtda "Mercedes"lərə qənim kəsilənlər tutuldu - VİDEO

Bakıda avtomobillərə qənim kəsilənlər ələ keçirilib.

Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxtda nəqliyyat vasitələrinin yan güzgülərini oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Rövşən Süleymanov və Şahmar Əlicanov saxlanılıblar. Araşdırma zamanı onların əsasən “Mersedes” markalı avtomobillərin yan güzgülərini oğurlayaraq dəyər-dəyməzinə satdıqları məlum olub. R. Süleymanov və Ş.Əlicanov ifadələrində Yasamal rayonu ilə yanaşı, paytaxtın digər ərazilərində də oxşar oğurluqlar etdiklərini bildiriblər.

Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Bakıda avtomobillərin yan güzgülərini oğurladılar

# 2481
avatar

Mehman Nəbiyev

Oxşar yazılar