Oğul anası ilə birlikdə atasını öldürdü - TƏFƏRRÜATLAR
27 fevral 2023 11:48 (UTC +04:00)

Oğul anası ilə birlikdə atasını öldürdü - TƏFƏRRÜATLAR

Ötən gün Sabirabadda 19 yaşlı oğlanın atasını öldürməsi barədə xəbər vermişdik.  

Lent.az hadisə ilə bağlı yeni faktlar əldə edib. 

Belə ki, araşdırmalar zamanı məlum olub ki, Sabirabad rayonunun Moranlı kəndində baş verən cinayəti 19 yaşlı İlkin İbadlı tək törətməyib. Ona bu işdə anası yardım edib. O, anası Dilarə ilə birlikdə atası Adil İbadovun başına taxta parçası ilə xəsarət yetiriblər. 

Nəticədə kişi aldığı xəsarətdən ölüb. 

Məlumata görə, Adil İbadov ruhi xəstə olub. 

# 5640
avatar

Oxşar yazılar