Oğlu ilə birgə bacısını öldürdü,  meyiti 1 il zirzəmidə gizlətdi
04 mart 2025 16:41 (UTC +04:00)

Oğlu ilə birgə bacısını öldürdü, meyiti 1 il zirzəmidə gizlətdi

Rusiyanın Perm vilayətində sərxoş kişi oğlu ilə birgə öz bacısını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, 53 yaşlı kişi tezliklə məhkəmə qarşısına çıxacaq.

İstintaqın məlumatına görə, 2023-cü ilin dekabrında Perm sakini spirtli içki qəbul edərkən bacısı ilə mübahisə edib. O, oğlu ilə birlikdə qadına hücum edərək onu boğub.

Cinayəti gizlətmək üçün ata-oğul meyiti Motovilixa rayonunda yerləşən fərdi yaşayış evinin zirzəmisində gizlədiblər. Meyit bir il əvvəl, 2024-cü ilin martında tapılıb.

Şübhəlinin oğlunun hadisə zamanı anlaqsız olduğu açıqlanıb. Kişinin işi ayrıca icraata ayrılıb. 

Müstəntiqlər iddia edilən qatillə bağlı kifayət qədər sübutlar toplayıblar, iş materialları məhkəməyə göndərilib və yaxın vaxtlarda orada baxılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740

Oxşar yazılar