Narkotiklə saxlanıldı, oğurluq etdiyi də üzə çıxdı
22 aprel 2021 11:43 (UTC +04:00)

Narkotiklə saxlanıldı, oğurluq etdiyi də üzə çıxdı

Göyçay rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat zamanı şəhər sakini Rüstəm Səfərov şübhəli şəxs qismində saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı R.Səfərovdan narkotik vasitə olan heroin aşkar olunub.

Araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində 3 fərdi yaşayış evindən müxtəlif məişət əşyaları,təmir alətləri,avtomobil şinləri, dəmir məhəccərlər, eləcə də nəqliyyat vasitəsinə aid olan digər hissələri oğurladığı məlum olub. O, ifadəsində oğurladığı həmin əşyaları müxtəlif şəxslərə satdığını, əldə etdiyi pulu isə xərclədiyini bildirib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.
 

# 1404
avatar

Mehman Nəbiyev

Oxşar yazılar