Mingəçevirdə 16 yaşlı oğlan davada QAN TÖKDÜ:   4 bıçaq zərbəsi
04 mart 2023 11:29 (UTC +04:00)

Mingəçevirdə 16 yaşlı oğlan davada QAN TÖKDÜ: 4 bıçaq zərbəsi

Mingəçevirdə bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, martın 3-də saat 22 radələrində şəhərin A. Məmmədov küçəsində 16 yaşlı Yusif İsmayılov mübahisə zəminində 20 yaşlı Səfər İsmayılovun kürəyinə 4 bıçaq zərbəsi vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, martın 3-də saat 22 radələrində 20 yaşlı Səfər İsmayılovun bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olması barədə Mingəçevir şəhər Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində aralarında yaranan münaqişə zamanı S.İsmayılova bıçaqla xəsarət yetirən 16 yaşlı Y.İ şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

# 2913
avatar

Mehman Nəbiyev

Oxşar yazılar