Rövşən Əkbərov və mərhum Elçin Əliyev
17 mart 2021 16:30 (UTC +04:00)

Rövşən Əkbərov və mərhum Elçin Əliyev

Mərhum iş adamının anası: "Daha bir adam var, Rövşən tutulubsa..."

“Qətl hadisəsi baş verərkən onun yanında olan adamın kimliyi bilinmədi”.

Bu sözləri Lent.az-a 19 il əvvəl Ukraynada qətlə yetirilən azərbaycanlı iş adamı Elçin Əliyevin anası Səmayə Əliyeva deyib. O, oğlunun qətlində şübhəlinin müəyyən edildiyi üçün sevindiyini bildirib:

Qətlə yetirilən iş adamı Elçin Əliyevin anası Səmayə Əliyeva

“Ədalətin zəfər çaldığına sevindik. Dünən və sırağagün ifadə vermək üçün prokurorluğa çağırıldıq. Narazılığımız yoxdur. Hələ ki, 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Görək axırı necə olacaq. Avropa Məhkəməsinə etdiyimiz şikayət də yarımçıq qaldı. Oradan bir xəbər çıxmadı. Qətl hadisəsi baş verərkən onun yanında olan adamın kimliyi bilinmədi. Onun yanında ayrı bir adam olub. Prokurorluğa da demişdik ki, yanında olan adamın kimliyini bilmirik. Nazim (keçmiş komitə sədri Nazim İbrahimovu nəzərdə tutur) hər şeyi bilirdi, demədi. İstintaqın bundan sonra da davam edib-etməyəcəyini bilmirəm. Rövşən tutulubsa, qoy Nazim də tutulsun. İşin bu yerə gəlib çıxmağında günahkar Nazimdir”.

Səmayə Əliyeva səhhətində yaranan problemə görə hələ ki, oğlu Elçinin qəbrini ziyarət edə bilməyib:

“Oğlumun qəbrinin ziyarətinə bu yaxınlarda gedə bilməmişəm. İki gündür yoldaşımla prokurorluğa gedib-gəldiyimiz üçün təzyiqimiz qalxdı, ayağım tutulub. Dünəndən yoldaşım təzyiq dərmanı içir. Tanışlar gedib ziyarət etdilər. Məzar Badamdarda Qurd qapısının yaxınlığındadır”.

Qeyd edək ki, sabiq birlik komandiri, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov bu il martın 15-də saxlanılaraq, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, 19 il əvvəl azərbaycanlı iş adamı Elçin Əliyevi Ukraynın paytaxtı Kiyev şəhərində qətlə yetirməkdə şübhəli bilinir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6036
avatar

Mehman Nəbiyev

Oxşar yazılar