Lotu Qulinin adamını Kamçatkada tutdular: Onu ora kim göndərmişdi?
25 iyul 2022 14:05 (UTC +04:00)

Lotu Qulinin adamını Kamçatkada tutdular: Onu ora kim göndərmişdi?

Rusiyanın Kamçatka diyarında azərbaycanlı kriminal avtoritet Cəmşir Məmmədov saxlanılıb. 

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, C.Məmmədov Lotu Qulinin varisi Namiq Səlifovun adamı kimi tanınır. "Brodyaqa" ləqəbli Məmmədov Ukraynada həbs həyatı yaşayıb. 

2021-ci ilin sentyabrında isə Sankt-Peterburqa köçüb. Həmin vaxt o, xüsusi tapşırıq alıb. Namiq onu Kamçatkaya göndərərək yarımadada nəzarəti ələ keçirməyi tapşırıb. 

Cəmşir Məmmədov 2021-ci ilin dekabrında Kamçatkaya gəlib və orada "qara kassa" yaradıb. Sahibkarları ona külli miqdarda pul verməyə məcbur edib.

Hazırda C. Məmmədov Kamçatkada təcridxanada saxlanılır.

# 3720
avatar

Nigar Namiq

Oxşar yazılar