Lənkəranda əmisini öldürüb qaçan gənc aeroportda   TUTULDU - YENİLƏNİB  - VİDEO
30 may 2025 15:42 (UTC +04:00)

Lənkəranda əmisini öldürüb qaçan gənc aeroportda TUTULDU - YENİLƏNİB - VİDEO

Xəbərə video əlavə olunub.

***
10:12

Lənkəranda qətl törətməkdə şübhəli bilinən şəxs ölkəni tərk etmək istəyərkən saxlanılıb.

Lent.az xəbər verir ki, rayonun Vilvan kəndində cinayət əməlini törətməkdə şübhəli bilinən 25 yaşlı Elşən Hüseynzadə ölkəni tərk etməyə cəhd edərkən polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

O, 68 yaşlı Vəliağa Mirzağa oğlu Səbziyevi öldürməkdə şübhəli bilinir.

Lent.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən V. Səbziyev E. Hüseynzadənin əmisidir. Şübəhli şəxsin hava limanında tutulduğu bildirilir.

***
02:18

Lənkəranda qətl hadisəsi qeydə alınıb.

Lent.az xəbər verir ki, hadisə rayonun Vilvan kəndində baş verib.

Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyev axşam saatlarında mal-qarasını gətirmək üçün örüş sahəsinə gedib.

Onun sahədən qayıtmadığını görən yaxınları axtarış aparıblar. Axtarış zamanı V.Səbziyevin meyiti sahədə yol üstündə aşkarlanıb.

İlkin olaraq onun kəsici-deşici alətlə qətlə yetirildiyi məlum olub. Qətli kim və ya kimlər tərəfindən törədilməsi məlum deyil.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4878

Oxşar yazılar