Kriminal avtoritetlərin lideri   saxlanıldı
28 fevral 2024 15:00 (UTC +04:00)

Kriminal avtoritetlərin lideri saxlanıldı

Rusiyanın Vladimir vilayətinin Murom şəhərində 43 yaşlı kriminal lider həbs edilib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, həmin şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci (“Cinayət iyerarxiyasında daha yüksək vəzifə tutma”) maddəsi ilə cinayət işi başlanıb. Məlumata görə, 2014-cü ildə o, “nəzarətçi” olub. Bundan sonra kriminal ideologiya tərəfdarları arasında münaqişələrə nəzarət etməyə və onların həllində iştirak etməyə, onlara himayədarlıq etməyə, həmçinin ümumi fonda daxil olan pul və əmlakı bölüşdürməyə başlayıb.

Daha aşağı iyerarxik mövqeyə malik olan kriminal mühitin iştirakçıları kriminal avtoritetə tabe olublar və onun göstərişlərinə əməl ediblər. Onun özü də əvvəllər qəsdən sağlamlığa ağır zərər vurmaqda və dövlət məmuruna qarşı zorakılıq tətbiq etməkdə təqsirli bilinib.

# 3069
avatar

Oxşar yazılar