Kişi arvadını bıçaqladı,   ürəyi soyumadı...
25 aprel 2022 12:03 (UTC +04:00)

Kişi arvadını bıçaqladı, ürəyi soyumadı...

Gəncədə 52 yaşlı X.Qəhrəmanov həyat yoldaşı, 53 yaşlı A.Qəhrəmanovaya bıçaqla xəsarət yetirib, daha sonra onu çəkiclə də döyüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Lent.az-a bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb. Onun sözlərinə görə, hadisə ilə əlaqədar müəyyən ekspertizalar təyin olunub.

Həmin ekspertizaların rəyindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.

# 2808
avatar

Mehman Nəbiyev

Oxşar yazılar