Kənddə quldurluq edən saxlanıldı
10 noyabr 2021 12:49 (UTC +04:00)

Kənddə quldurluq edən saxlanıldı

Ağsuda quldurluq olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu barədə Ağsu rayon Polis Şöbəsinə müraciət daxil olub. Bildirilir ki, noyabrın 9-da rayonun Hacıqədirli kəndi ərazisində bir nəfər kənd sakini A.Bədəlovu döyərək içərisində pulu və sənədləri olan pulqabısını alıb.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilən və quldurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakininin şəxsiyyəti müəyyən edilib.

Həmin şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1533
avatar

Mehman Nəbiyev

Oxşar yazılar